Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisində bir nəfərə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.Quliyev saxlanılıb

22.01.2024

Yanvarın 19-da saat 23 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin kəsici alətlə hədələnərək 160 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş R.Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır. 

22.01.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub 22.01.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir 22.01.2024
  • Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb 22.01.2024
  • Nəsimi rayonu ərazisində bir nəfərə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.Quliyev saxlanılıb 22.01.2024
  • Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birində avtomobildən 2720 manat pul oğurlamaqda şübhəli bilinən E.Abbasov saxlanılıb 22.01.2024
  • Sabunçu rayonunun Ramana və Sabunçu qəsəbələri ərazisindən dəyəri 1000 manatdan artıq olan rabitə naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Qasımov saxlanılıb 22.01.2024
  • Sabunçu dəmir yolu stansiyasında üzərində silah və narkotik maddə olan şəxs saxlanılıb 22.01.2024
  • Hövsanda narkotik vasitələrin qrup halında qəbul edildiyi ev aşkar edilib 22.01.2024
  • Sabunçuda əməliyyatlar zamanı 2 silahlı şəxs saxlanılıb  22.01.2024