DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Tapdığı “Kalaşnikov” avtomatını könüllü təhvil vermədi polislər tərəfindən saxlanıldı

17.01.2024

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim Xasməmmədov üzərində qanunsuz olaraq odlu silah-sursat saxladığı polis əməkdaşları tərəfindən tutulub. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı və şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. R.Xasməmmədov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və polisə könüllü təhvil vermək yerinə satmaq üçün özündə saxladığını bildirib. Araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=Dbs8ERpDYfc

 

 

17.01.2024 tarixinə olan kriminal məlumatlar

  • Tapdığı “Kalaşnikov” avtomatını könüllü təhvil vermədi polislər tərəfindən saxlanıldı 17.01.2024
  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 17.01.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir 17.01.2024
  • DİO əməkdaşları tərəfindən silah-sursat götürülmüşdür 17.01.2024
  • Ümumi çəkisi 12,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 17.01.2024
  • Quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Şıxəliyev saxlanılıb 17.01.2024
  • Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ümid qəsəbə sakini S.Qurbanov müəyyən olunaraq saxlanılıb 17.01.2024
  • Avtomobil qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini E.Abuşov saxlanlılıb 17.01.2024
  • 1400 manat dəyərində məhsul oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini H.Yusibov müəyyən olunaraq saxlanılıb 17.01.2024
  • Oğurluqda şübhəli bilinən Ağstafa rayon sakini A.Əyyubov saxlanılıb 17.01.2024
  • Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb 17.01.2024