Mehdiabad qəsəbəsi ərazisində bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən qəsəbə sakini M.Novruzov saxlanılıb
11.01.2024Yanvarın 10-da saat 23 radələrində Mehdiabad qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Novruzov müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.