Gəncə şəhərinin Cavadxan qəsəbəsi ərazisində bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən qadın saxlanılıb
25.12.2023Dekabrın 24-də saat 23 radələrində Gəncə şəhərinin Cavadxan qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Gəncə ŞBPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.