Metro stansiyasında bir nəfərin çantasından pulqabısını oğurlamaqda şübhəli bilinən B.Binyatov saxlanılıb
15.12.2023Dekabrın 8-də metro stansiyasında bir nəfərin çantasından içərisində 1040 manat pul və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş B.Binyatov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.