Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİN-in vətəndaşlara müraciətini sosial şəbəkələrdə dinləyən Pirallahı rayon sakini qanunsuz saxladığı odlu silah-sursatı polisə təhvil verib

16.12.2023

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Pirallahı Rayon Polis İdarəsinə müraciət edən Dübəndi qəsəbəsi sakini olan bir nəfər qanunsuz saxladığı odlu silah-sursatı təhvil vermək üçün polisə müraciət edib. Həmin şəxsin qeyd etdiyi ünvana baxəış zamanı1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd sandıqça, və 141 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

Youtube linki - https://www.youtube.com/watch?v=xUwRzHoAwHo

 

 

16.12.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 16.12.2023
  • Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 5 avtomobildən oğurluq etməkdə şübhəli bilinən Z.Vəliyev saxlanılıb 16.12.2023
  • Şamaxı rayonunun Meysəri kəndi ərazisində şirkətlərdən birinə məxsus ərazidən oğurluq etməkdə şübhəli bilinən kənd sakini Ş.Məmmədov saxlanılıb 16.12.2023
  • Zaqatala rayonunun Mamırx kəndindəki iki evdən və bir mağazadan oğurluq etməkdə şübhəli bilinən kənd sakini H.Paşayev saxlanılıb 16.12.2023
  • Quba rayonunun Rustov kənd sakini T.Heydərovdan marixuana götürülüb 16.12.2023
  • Xırdalanda narkotiklərin satışı ilə məşğul olan Göyçay rayon sakinindən 13 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib 16.12.2023
  • Sumqayıtda evlərdən 100 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıblar 16.12.2023
  • DİN-in vətəndaşlara müraciətini sosial şəbəkələrdə dinləyən Pirallahı rayon sakini qanunsuz saxladığı odlu silah-sursatı polisə təhvil verib 16.12.2023
  • Qanunsuz miqrasiyaya qarşı  keçirilən növbəti tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşı olan daha 11 nəfər saxlanılıb 16.12.2023