DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz miqrasiyaya qarşı  keçirilən növbəti tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşı olan daha 11 nəfər saxlanılıb

16.12.2023

Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib. Tədbirlərlə müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 11 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət tədbirləri görülüb.
Araşdırma zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. 
Qanunsuz miqrasiyanın təşkilinə dair aşkar edilən hallarla bağlı araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=U0FRi6oKpT8

 

 

 

16.12.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 16.12.2023
  • Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 5 avtomobildən oğurluq etməkdə şübhəli bilinən Z.Vəliyev saxlanılıb 16.12.2023
  • Şamaxı rayonunun Meysəri kəndi ərazisində şirkətlərdən birinə məxsus ərazidən oğurluq etməkdə şübhəli bilinən kənd sakini Ş.Məmmədov saxlanılıb 16.12.2023
  • Zaqatala rayonunun Mamırx kəndindəki iki evdən və bir mağazadan oğurluq etməkdə şübhəli bilinən kənd sakini H.Paşayev saxlanılıb 16.12.2023
  • Quba rayonunun Rustov kənd sakini T.Heydərovdan marixuana götürülüb 16.12.2023
  • Xırdalanda narkotiklərin satışı ilə məşğul olan Göyçay rayon sakinindən 13 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib 16.12.2023
  • Sumqayıtda evlərdən 100 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıblar 16.12.2023
  • DİN-in vətəndaşlara müraciətini sosial şəbəkələrdə dinləyən Pirallahı rayon sakini qanunsuz saxladığı odlu silah-sursatı polisə təhvil verib 16.12.2023
  • Qanunsuz miqrasiyaya qarşı  keçirilən növbəti tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşı olan daha 11 nəfər saxlanılıb 16.12.2023