Bir nəfər şəxsə kəsici-deşici xəsarətlər yetirməkdə şübhəli bilinən T.Qarayev müəyyən olunaraq saxlanılıb
07.12.2023Dekabrın 7-də saat 22 radələrində Xətai rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə münaqişə zəminində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini T.Qarayev müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.