Gəncə şəhər sakini E.Axundovun yaşadığı evdən tüfəng, marixuana və metamfetamin götürülüb
25.11.2023Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Axundovdan marixuana aşkar olunub. Onun yaşadığı evə baxış zamanı oradan “TOZ-8” markalı tüfəng, marixuana və metamfetamin götürülüb. Araşdırma aparılır.