Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub
18.11.2023Noyabrın 18-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 43 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.