Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonunda yol polisləri narkotikin təsiri altında avtomobil idarə edən sürücünü saxlayıb

18.11.2023

Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Belə ki, paytaxt sakini 2003-cü il təvəllüdlün Əhliman Quluzadənin idarə etdiyi  “Khazar SD” markalı, 99-PZ-630 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Binəqədi rayonu ərazisində şöbə əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ə.Quluzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib.
Sürücü izahatında şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkokuryerliyə cəlb edildiyini və həmin şəxsin ölkəyə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri qəbul etdiyini bildirib. Ə.Quluzadənin avtomobilinə baxış zamanı oradan satış üçün 35 ədəd kibrit qutusunda qablaşdırılan külli miqdarda narkotik vasitə marixuana aşkar edilib. 
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=1ToaVTWQPB4

 

18.11.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub 18.11.2023
  • Metronun “28 May” stansiyasının qarşısında yerləşən lotoreya satışı məntəqəsində soyğunçuluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini N.Hüseynov saxlanılıb 18.11.2023
  • Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən S.Qasımov saxlanılıb 18.11.2023
  • Nəsimi rayonu ərazisindən bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb 18.11.2023
  • Binəqədi rayonunda yol polisləri narkotikin təsiri altında avtomobil idarə edən sürücünü saxlayıb 18.11.2023