Ağdam rayonunun Çəmənli kənd sakini N.Məmmədovdan marixuana və elektron tərəzi götürülüb
17.11.2023Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Çəmənli kənd sakini N.Məmmədovdan 2 qramdan artıq, yaşadığı evə baxış zamanı isə 405 qramdan çox marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.