Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində bir evin həyətindən avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən M.Qasımov və A.Yolçuyev saxlanılıblar
16.11.2023Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 15-nə keçən gecə Nardaran qəsəbəsi ərazisində bir evin həyətindən 5000 manat dəyərində avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qasımov və Qazax rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Yolçuyev saxlanılıblar. Araşdırma aparılır.