DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

07.11.2023

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində polis əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən daha bir nəfər müəyyən edilib. Nəticədə əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər törtəməkdə şübhəli bilindiyi üçün axtarışda olan 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Seymur Mustafayev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. S.Mustafayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. 
Faktla bağlı Polis Şöbəsində arşadırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=orSk6gNXJmI

 

 

07.11.2023 tarixinə olan kriminal məlumatlar

  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi və tapılması ilə bağlı profilaktiki tədbirləri davam etdirir 07.11.2023
  • İçərisində bank kartları və mobil telefon olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Məmmədov saxlanılıb 07.11.2023
  • Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin damından elektrik naqili oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Əhmədov saxlanılıb 07.11.2023
  • Füzuli rayonu ərazisindəki 1 mağaza və 1 avtoyuma məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən H.Atakişiyev və M.Qayıblı saxlanılıblar 07.11.2023
  • Nizami rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb 07.11.2023