Bakı şəhər sakini olan qadının сüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Z.Əliyeva saxlanılıb
06.11.2023Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən noyabrın 5-də mağazaların birində Bakı şəhər sakini olan qadının içərisində pulu və mobil telefonu olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Z.Əliyeva saxlanılıb.
Araşdırmalarla onun oğurluğa görə axtarışda olması, həmçinin noyabrın 4-də gözəllik salonlarının birində daha bir qadının çantasından 600 manat və 300 ABŞ dolları oğurlaması da müəyyən olunub.