DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

“İnstagram”da narkokuryerliyə cəlb edildikləri üçün saxlanılan daha 3 nəfərdən 6  kiloqram heroin aşkar edilib

06.11.2023

Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı paytaxt sakinləri əvvəllər  məhkum olunmuş 1999-cu il təvəllüdlü Azad Əliyev, 1996-cı il təvəllüdlü Seymur Məmmədov və 1998-ci il təvəllüdlü Ümid Musayev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 6 kiloqramdan çox yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilib. 
Araşdırmalarla müəyyən edilib ki, A.Əliyev, S.Məmmədov və Ü.Musayev şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə “instagram” sosial şəbəkəsi vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq məqsədi ilə qəbul ediblər. 
Faktlarla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=BFU_1n4dpVI

 

06.11.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub 06.11.2023
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir 06.11.2023
  • Respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi götürülüb 06.11.2023
  • Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində bir yeniyetməyə qarşı quldurluq etməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanılıb 06.11.2023
  • Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Balayev saxlanılıb 06.11.2023
  • Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Albalılıq yaşayış sahəsində yaşadığı evi yandırmaqda şübhəli bilinən Y.Rəcəbov saxlanılıb 06.11.2023
  • Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən F.Əzimov və F.Əsgərova saxlanılıblar 06.11.2023
  • Bakı şəhər sakini olan qadının сüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Z.Əliyeva saxlanılıb 06.11.2023
  • “İnstagram”da narkokuryerliyə cəlb edildikləri üçün saxlanılan daha 3 nəfərdən 6  kiloqram heroin aşkar edilib 06.11.2023