Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Profilaktik və əməliyyat tədbirləri zamanı Binə qəsəbəsində 2 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng, 2 ədəd qumbara və 25 ədəd patron aşkar edilib

04.11.2023

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsi sakini özündə olan 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib.
Bundan başqa həmin qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi, 1 ədəd qumbaranı, eləcə də 3 ədəd patronun yeri barədə 3-cü Polis Şöbəsinə məlumat verib. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək gizlədilən yerdən götürülüb. Polisə vaxtında məlumat verən vətəndaşlara təşəkkür edilib.
Şöbə əməkdaşları tərəfindən həmçinin son günlərdə keçirilən tədbirlər zamanı daha 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd qumbara, 15 ədəd patron və 1 ədəd patron darağı əməliyyat yolu ilə əldə edilib.
Araşdırmalar davam etdirilir. 

Youtube linki -  https://www.youtube.com/watch?v=ZI6mhD3CTEw

 

 

04.11.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub 04.11.2023
  • Binəqədi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərə kəsici-deşici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Kərimov saxlanılıb 04.11.2023
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən zavodun anbarından naqil oğurlamaqda şübhəli bilinən M.Tarıverdiyev saxlanılıb 04.11.2023
  • Astara rayonunun Ərçivan qəsəbə sakini İ.Ağayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 04.11.2023
  • Şəmkir rayonunun Kür qəsəbə sakini N.Abididən qanunsuz saxladığı ov tüfəngi götürülüb 04.11.2023
  • Şəmkir rayonunun Təzəkənd kənd sakini Ə.Səmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 04.11.2023
  • Neftçala rayonunun Mayak-1 kənd sakini A.Mənəfovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 04.11.2023
  • Hacıqabul şəhər sakinləri S.Səfərovdan və İ.Vəliyevdən qanunsuz saxladıqları 2 ov tüfəngi götürülüb 04.11.2023
  • Sabirabad rayonunun Ulacalı kənd sakini G.Əliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 04.11.2023
  • Samux rayonunun Qarağaclı kənd sakini E.Eyyubovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 04.11.2023
  • Profilaktik və əməliyyat tədbirləri zamanı Binə qəsəbəsində 2 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng, 2 ədəd qumbara və 25 ədəd patron aşkar edilib 04.11.2023