Axtarışda olan Bakı şəhər sakini İ.Nağıyev saxlanılıb
03.11.2023Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərlə əlaqəli cinayətdə şübhəli bilindiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Nağıyev saxlanılıb. Ondan 480 qram marixuana aşkar olunaraq götürülüb.