Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub

30.10.2023

Oktyabrın 30-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

30.10.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub 30.10.2023
  • Xırdalan şəhəri ərazisində avtomobili təhlükəsizlik kəmərini taxmadan idarə etdiyinə görə saxlanılan C.Səmədovun sürücülük vəsiqəsinin müddətinin bitməsi və onun sərxoş halda olması müəyyən edilib 30.10.2023
  • Kürdəmir rayonu ərazisində saxlanılan E.Ələkbərovun avtomobili sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsir altında olması müəyyən olunub 30.10.2023
  • Sabirabad rayonunun Qarağac kəndi ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Ü.Mirzəliyev saxlanılıb 30.10.2023
  • Bakı şəhər sakini S.Məmmədovdan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb 30.10.2023
  • Bakı şəhər sakini F.Şəfiyevdən marixuana aşkar olunaraq götürülüb 30.10.2023
  • Bakı şəhər sakini V.Qasımovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 30.10.2023
  • Sabirabad rayonunun Poladtuxay kənd sakini R.Əsgərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 30.10.2023
  • Şəmkir rayonunun Dəllər qəsəbə sakini B.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 30.10.2023
  • Neftçala rayonunun Aşağı Qaramanlı kənd sakini Ə.İmanovdan qanunsuzu saxladığı ov tüfəngi götürülüb 30.10.2023
  • Zərdab və Kəlbəcər rayon sakinləri olan iki şəxsdən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb 30.10.2023
  • Tərtər rayon sakini V.Bəylərzadənin yaşadığı evdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 30.10.2023
  • Lerik rayonunun Vov kənd sakini Q.Rəşidovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 30.10.2023