Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir - silah və narkotik vasitələr aşkarlanıb

20.10.2023

Paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 19-da keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 82 nəfər saxlanılıb. Narkotik vasitələrin qrup halında qəbul edildiyi daha 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Bundan əlavə saxlanılan şəxslərdən 1 ədəd “Kalaşnikov” avtomatı, 4 ədəd patron və patron darağı aşkar olunaraq götürülüb. Aşkarlanan faktlarla bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri tədbirlər davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=2rxTLTABdGY

 

 

20.10.2023 tarixinə olan kriminal məlumatlar

  • Oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini İ.Nuruyev müəyyən olunaraq saxlanılıb 20.10.2023
  • Gəncə şəhər sakini Ş.Hüseynovun yaşadığı evdən qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi aşkar olunaraq götürülüb 20.10.2023
  • Neftçala rayonunun Xolqarabucaq kənd sakini B.Abdullayevdən qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb 20.10.2023
  • Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir - silah və narkotik vasitələr aşkarlanıb 20.10.2023