Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxtda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirləri davam etdirir

19.10.2023

Paytaxt ərazisində hüquq qaydasının qorunması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər keçirilib. Oktyabrın 18-də keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o cümlədən narkorkuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib. Narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 6 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb. Paytaxtda hüququpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

Youtube linki - https://www.youtube.com/watch?v=66YpiUZeiEo

 

19.10.2023 tarixinə olan kriminal məlumatlar

  • Taksi fəaliyyəti ilə məşğul olan paytaxt sakininə saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Eynullayev saxlanılıb 19.10.2023
  • Müxtəlif vaxtlarda 3 evdən ümumilikdə 4150 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini İ.Mahmudov müəyyən olunaraq saxlanılıb 19.10.2023
  • Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.İsmayılov saxlanılıb 19.10.2023
  • Şərur rayonunun Yengicə kənd sakini N.Qafarovun evinə baxış zamanı qanunsuz saxladığı lüləsi kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb 19.10.2023
  • Şəki şəhər sakini O.Məmmədovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür 19.10.2023
  • Göyçay rayonunun Ulaşlı-Şıxlı kənd sakini B.Rəhmanovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 19.10.2023
  • Şəmkir rayonunun Dəllər Cəyir kənd sakini K.Həsənovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 19.10.2023
  • Bakıda narkotik və spirtli içkilərin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər 19.10.2023
  • Paytaxtda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirləri davam etdirir 19.10.2023