Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal  rayonunda 33 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

12.10.2023

Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən paytaxt sakinləri Loğman Mirzəzadə, Elbrus Hüseynov, Ələkbər Adıgözəlov, İlahə Hüseynova və Rövşən Vəliyev saxlanılıblar. Bu şəxslərdən 20 kiloqram tərkibi psixotrop maddələlərlə zənginləşdirilmiş marixuana, 3 kiloqram heroin və metamfetamin aşkar edilib. 
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının son 15 gündə həyata keçirdikləri silsilə əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil 51 nəfər saxlanılıb. Onlardan ümumilikdə 33 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və satışı qadağan edilən həblər aşkar olunub. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=Et3lanvKZ30

12.10.2023 tarixinə olan kriminal məlumatlar

  • Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini S.Nəzərli saxlanılıb 12.10.2023
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini E.Əliyev saxlanılıb 12.10.2023
  • Nərimanov rayonu ərazisində “VAZ-2102” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən Ə.Məmmədov saxlanılıb 12.10.2023
  • Ağdaş rayonunun Güvəkənd kənd sakini İ.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 12.10.2023
  • İsmayıllı rayonunun Təzəkənd kənd sakini G.Babayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 12.10.2023
  • Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yabanı halda bitən çətənə kolları məhv edilib 12.10.2023
  • Yasamal  rayonunda 33 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb 12.10.2023