Binəqədi rayonu ərazisində iki evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Cabbarov saxlanılıb
01.10.2023Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində iki evdən ümumilikdə 700 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Cabbarov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.