Xətai rayonu ərazisindəki mağazaların birindən ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini P.Xəlilov saxlanılıb
27.09.2023Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3180 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş P.Xəlilov saxlanılıb. Araşdırma aparılır.