Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonu ərazisində bir nəfərə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini C.Məmmədov saxlanılıb

23.09.2023

Sentyabrın 17-də səhər saatlarında Yasamal rayonu ərazisində bir nəfərin mənzilində quldurluq yolu ilə 3000 manat pulunun talanması, bank kartından isə 8000 manatının bu əməli törədən şəxsin hesabına köçürülməsi barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Məmmədov saxlanılıb. Araşdırma aparılır. 

23.09.2023 tarixinə olan kriminal məlumatlar

  • Yasamal rayonu ərazisində bir nəfərə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini C.Məmmədov saxlanılıb 23.09.2023
  • Abşeron rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərinin birində avtomobilin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən S.Mustafazadə saxlanılıb 23.09.2023
  • Xaçmaz dəmir yolu stansiyası ərazisindən 135 metr rabitə naqilini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 23.09.2023
  • Sumqayıt şəhər sakini M.Süleymanovdan marixuana götürülüb 23.09.2023