Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağda anbarlardan birindən 106 min manat dəyərində 84 ədəd noutbuk və kompüter avadanlıqları oğurlayan 3 nəfər saxlanılıb

22.09.2023

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən anbarlardan birindən oğurluq edilib. Zərərçəkən polisə məlumat verərək naməlum şəxslər tərəfindən obyektdən 84 ədəd noutbuk və digər kompüter avadanlıqlarının oğurlandığını, nəticədə ona 106 min manat ziyan dəydiyini bilidirib. Qaradağ Rayon Polis İdarəsi və 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Rzayev, Riyad Fərəcov və Rüfət Həsənov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adları qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. A.Rzayev, R.Fərəcov və R.Həsənovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

22.09.2023 tarixinə olan kriminal məlumatlar

  • 2400 manat dəyərində darvaza və dəmir oğurlamaqda şübhəli bilinən Qaradağ qəsəbə sakinləri F.Abbasov, X.Həsənov, S.Bayramov və S.Dadaşzadə saxlanılıblar 22.09.2023
  • Quba rayonunun Zərdabi qəsəbə sakini E.Məmmədovun idarə etdiyi avtomobildən 405 qramdan artıq marixuana aşkar olunaraq götürülüb 22.09.2023
  • Oğurluqda şübhəli bilinən Sumqayıt sakini Ş.Nəzərov müəyyən olunaraq saxlanılıb 22.09.2023
  • Sumqayıt şəhər sakini A.Məhərrəmovdan 450 qram marixuana aşkar olunaraq götürülüb 22.09.2023
  • Qaradağda anbarlardan birindən 106 min manat dəyərində 84 ədəd noutbuk və kompüter avadanlıqları oğurlayan 3 nəfər saxlanılıb 22.09.2023