Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində avtomobil sürücüsünə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini H.Hüseynov və Bərdə rayon sakini olan qadın saxlanılıblar
21.09.2023Sentyabrın 20-də saat 06 radələrində Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan 2 sərnişinin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini H.Hüseynov və Bərdə rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıblar.