Nərimanov rayonu ərazisində velosipedlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Vəliyev saxlanılıb
12.09.2023Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində velosipedlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Vəliyev saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən olunub.