Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“TikTok”da “falçılıq”, “baxıcılıq adı altında vətəndaşları aldadan şəxs saxlanılıb

05.09.2023

“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişidirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldanılması barədə polisə çoxsaylı müraciətlər daxil olub. Qeyd edilən qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən şəxs - 1985-ci il təvəllüdlü Fuad Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdə özünü “falçı” və “baxıcı” kimi təqdim edərək vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirdiyi müəyyən edilib. F.Məmmədov məsuliyyətdən yayınmaq üçün pulunu ələ keçirdiyi şəxslərin hesablarını sonradan bloklayıb. 
Qeyd olunan faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. F.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=I9S1rS1OqrA

 

05.09.2023 tarixinə olan kriminal məlumatlar

  • “TikTok”da “falçılıq”, “baxıcılıq adı altında vətəndaşları aldadan şəxs saxlanılıb 05.09.2023
  • Bir şəxsi döyərək mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Astara rayon sakini M.Həsənov saxlanılıb 05.09.2023
  • Qazax rayon sakinini aldadaraq ondan 14 baş inək almaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Əliyev və N.Budaqov saxlanılıblar 05.09.2023
  • Suraxanı rayonu ərazisindəki evlərin birindən kondisioner və naqil oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri X.Babayev və İ.Əliyev saxlanılıblar 05.09.2023
  • Şəmkir rayonu ərazisindəki iki evdən və bir mağazadan oğurluq etməkdə şübhəli bilinən Təzəkənd kənd sakinləri S.Əliyev və F.Nəsirov saxlanılıblar 05.09.2023
  • Binəqədi rayonunda avqustda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 82 nəfərdən 30 kiloqram narkotik vasitə aşkar edilib 05.09.2023