Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri T.Məmmədov və V.Niyazlı saxlanılıblar

02.09.2023

Sentyabrın 2-də gecə saatlarında Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən “QAZ-31029” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri T.Məmmədov və əvvəllər məhkum olunmuş V.Niyazlı müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların həmin gecə Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarından qoyun oğurlamaları da müəyyən olunub. 
Araşdırmalar davam etdirilir.  

02.09.2023 tarixinə olan kriminal məlumatlar

  • Göygöl rayonunun Topalhəsənli kəndi ərazisində yabanı halda bitmiş 1 ton 75 kiloqram çəkidə çətənə kolları aşkarlanaraq məhv edilib 02.09.2023
  • Zaqatala rayonunun Mosul kəndi ərazisində yabanı halda bitmiş 3 ton 437 kiloqram çəkidə çətənə kolları aşkarlanaraq məhv edilib 02.09.2023
  • Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Neftçala rayon sakini C.Mustafayev saxlanılıb 02.09.2023
  • Abşeron rayonu ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən V.Məmmədov saxlanılıb 02.09.2023
  • Vətəndaşa məxsus 1400 manat dəyərində lotereyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini F.Tahirov saxlanılıb 02.09.2023
  • Avtomobil qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri T.Məmmədov və V.Niyazlı saxlanılıblar 02.09.2023