Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində İ.Allahverdiyevə odlu silahla topuq nahiyəsindən xəsarət yetirməkdə şübhəli bilinən A.Cəbiyev saxlanılıb

29.08.2023

Avqustun 29-da saat 14 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində odlu silahdan açılan atəş nəticəsində İsfəndiyar Allahverdiyevin topuq nahiyəsindən xəsarət alması barədə polisə məlumat daxil olub. 
Binəqədi RPİ 6-cı Polis Bölməsi və Qobustan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən İ.Allahverdiyevin qohumu, əvvəllər məhkum olunmuş Ayaz Cəbiyev Qobustan rayonu ərazisində saxlanılıb və ondan hadisə zamanı istifadə etdiyi lüləsi kəsilmiş “İJ” markalı tüfəng, ona aid 7 ədəd patron aşkar edilərək götürülüb. 
Faktla bağlı araşdırma aparılır.

29.08.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 83 cinayətin açılması təmin olunub 29.08.2023
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində İ.Allahverdiyevə odlu silahla topuq nahiyəsindən xəsarət yetirməkdə şübhəli bilinən A.Cəbiyev saxlanılıb 29.08.2023
  • Gəncə şəhəri Atatürk prospektində “KİA” və “Toyota” markalı iki avtomobil toqquşub 29.08.2023
  • Gədəbəy rayonunun Arıxdam kəndi ərazisində “KamAZ” markalı avtomobil körpüdən aşıb 29.08.2023
  • Şərur şəhəri ərazisində avtomobillə şəhər sakini S.Qafarova vurulub 29.08.2023
  • Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini S.Abbasov saxlanılıb 29.08.2023
  • Ağsu rayonu ərazisindəki fermaların birindən 5 baş qoyun oğurlamaqda şübhəli bilinən C.Quliyev saxlanılıb 29.08.2023
  • Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi şəhər sakini H.Həsənov saxlanılıb 29.08.2023
  • Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yabanı halda bitmiş 1 ton 450 kiloqram çəkidə çətənə kolu aşkar olunaraq məhv edilib 29.08.2023
  • Sosial şəbəkələrdə vətəndaşları “kreditə qızıl satılır” adı altında kiber üsullarla talayan dəstə üzvləri saxlanılıblar 29.08.2023