Qobustan şəhəri ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub
15.08.2023Avqustun 15-də saat 13 radələrində Qobustan şəhəri ərazisində Y.Məcnunovun idarə etdiyi şəxsi “VAZ-2107” markalı və Şamaxı rayon sakini Z.Nəcəfovun idarə etdiyi “Mercedes” markalı (yük) avtomobillər toqquşub. Nəticədə Y.Məcnunovun sərnişini olan atası E.Məcnunov hadisə yerində ölüb.
Araşdırma aparılır.