Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ölkəyə qanunsuz yollarla 91 kiloqram narkotik vasitə gətirən daha iki nəfər polisin keçirdiyi əməliyyat zamanı tutulub

10.08.2023

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində DİN əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Növbəti tədbirlərlə İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha 2 nəfər DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib.
Abşeron rayonu ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər məhkum olunmuşlar -  1989-cu il təvəllüdlü, Zahid Məmmədov və 1998-ci-il təvəllüdlü Qabil Muradov saxlanılıblar. Həmin şəxslərdən və idarə etdikləri avtomobildən 91 kiloqram, o cümlədən güclü təsirə malik 22 kiloqram heroin, 23 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 46 kiloqram qurudulmuş marixuana və 4300  ədəd "Metadon" həbi aşkarlanıb.
Araşdırmlarla Zahid Məmmədov və Qabil Muradovun mütəşəkkil dəstə yaradaraq İran vətəndaşı "Səxavət" adlı şəxslə qabaqcadan əlbir olmaqla  ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olmaları və narkotiklərin pul dövriyyəsini təşkil etmələri müəyyən edilib. Dəstə üzvləri narkotikləri Abşeron rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=f6mIDwib508

 

10.08.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 83 cinayətin açılması təmin olunub 10.08.2023
  • Sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir 10.08.2023
  • Astara rayonunun Siyakü kəndi ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs qısa müddətdə Pensər kəndi ərazisində avtomobillə birgə saxlanılıb 10.08.2023
  • Binəqədi rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Novruzov saxlanılıb 10.08.2023
  • Salyan şosesində yerləşən çimərlikdən çanta oğurlamaqda şübhəli bilinən paytaxt sakini X.Talıbzadə saxlanılıb 10.08.2023
  • Qaradağ rayonu ərazisində 3 avtomobildən ehtiyat hissələri və mobil telefon oğurlamaqda şübhəli bilinən E.Günəşov və D.Mütəllimov saxlanılıblar 10.08.2023
  • Nərimanov rayonu ərazisindəki ofislərin birindən pul oğurlanmaqda şübhəli bilinən azyaşlı saxlanılıb 10.08.2023
  • Abşeron rayonu ərazisində 1 özəl müəssisənin ərazisindən, 4 evdən və 5 həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən V.Abdurahmanov saxlanılıb 10.08.2023
  • Şərur rayonunun Çərçiboğan, Oğlanqala və Dərvişlər kəndilərinin ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq məhv edilib 10.08.2023
  • Ağdaş rayonunun Ləki qəsəbə sakini R.Hacıyevə məxsus həyətyanı sahədən çətənə kolları və marixuana aşkar edilərək götürülüb 10.08.2023
  • Xaçmaz rayonunun Nabran kəndi ərazisində “VAZ-21074” markalı avtomobil yolun kənarına aşıb 10.08.2023
  • Ölkəyə qanunsuz yollarla 91 kiloqram narkotik vasitə gətirən daha iki nəfər polisin keçirdiyi əməliyyat zamanı tutulub 10.08.2023
  • Bakıda məsciddə nəzir qutularından 13 min manat oğurlayan edən şəxs saxlanılıb 10.08.2023
  • Xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketlər təşkil edəcəyi adı altında vətəndaşları aldadan şəxs həbs edilib 10.08.2023