Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub

07.08.2023

Avqustun  7-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 56 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarışda olan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

07.08.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub 07.08.2023
  • Paytaxt sakini olan bir qadını hədələyərək 800 manat pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynov saxlanılıb 07.08.2023
  • Bakı şəhər sakini T.İbadovdan 1 kiloqramdan artıq heroin götürülüb 07.08.2023
  • Nəsimi rayonu ərazisindəki evlərdən birinin girişindən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Qasımzadə saxlanılıb 07.08.2023
  • Yasamal rayonunun A.M.Şərifzadə küçəsindən moped oğurlamaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb 07.08.2023
  • Xətai rayonu X.Məmmədov küçəsində yerləşən kafelərin birindən məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini R.Qəmbərov saxlanılıb 07.08.2023
  • Sumqayıt şəhərinin 34-cü məhəllə ərazisində yerləşən mağazaların birindən qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən E.Quliyev saxlanılıb 07.08.2023
  • Göyçay rayonunda bir nəfərə qarşı oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini H.Kərimov saxlanılıb 07.08.2023
  • Sabirabad rayonunun Yastıqoba kənd sakini G.Əliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 07.08.2023
  • Goranboy rayonunun Yeni Veyisli qəsəbəsi ərazisində “VAZ-2106” markalı avtomobil aşıb 07.08.2023