Şərur rayonunun Dərvişlər və Xələc kəndləri ərazisində 3 hektar sahədən yabanı halda bitən çətənə kolları məhv edilib
05.08.2023Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Dərvişlər və Xələc kəndləri ərazisində 3 hektar sahədən yabanı halda bitən 3000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.