Şəmkir rayonunun Təzəkənd kənd sakini E.Abdullayevə məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
28.07.2023Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Təzəkənd kənd sakini əvvəllər məhkum olunmuş E.Abdullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.