Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub

21.07.2023

İyulun 21-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 127, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

21.07.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 21.07.2023
  • Ötən gün Abşeron rayonunda hüquqpozmalara qarşı polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli 1962 fakt aşkar edilib 21.07.2023
  • Bakı şəhər sakini olan bir nəfərin fotoaparatını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini saxlanılıb 21.07.2023
  • Lökbatan qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 3 avtomobildən və 2 nəfərdən mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini saxlanılıb 21.07.2023
  • Bir nəfərin çantasından pul oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini saxlanılıb 21.07.2023
  • Səbail rayon ərazisində bir avtomobilin salonunda olan çantadan pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb 21.07.2023
  • Xırdalan şəhəri ərazisində 2 nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb 21.07.2023
  • Sabirabad Rayon Məmişlər kəndindəki bir həyətdən qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini və İmişli rayon sakinləri saxlanılıblar 21.07.2023
  • Şahbuz rayonu Nursu kənd sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb 21.07.2023
  • Şəmkir rayonunda müxtəlif kəndlərdə yaşayan şəxslərdən qanunsuz saxladıqları ov tüfəngi götürülüb 21.07.2023
  • Salyan Rayon Arbatan kəndində yaşayan şəxsin evinə baxış zamanı oradan narkotik maddələr və elektron tərəzi aşkar olunaraq götürülüb 21.07.2023
  • Ağsu Rayon Xanbulaq kəndi ərazisində yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib 21.07.2023
  • Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir 21.07.2023