Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub

18.07.2023

İyulun 18-də ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

18.07.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub 18.07.2023
  • Bakı-Qazax yolunun 260-cı kilometrliyində “KamAZ” markalı avtomobil çəkisini müəyyən etmək məqsədi ilə saxlanılıb 18.07.2023
  • Xəzər rayonu ərazisindəki bir marketin seyfindən pul oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini saxlanılıb 18.07.2023
  • Bakıxanov qəsəbəsindəki evlərin birindən təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb 18.07.2023
  • Nizami rayonu ərazisində yerləşən ödəmə terminallarından birini yararsız hala salmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb 18.07.2023
  • Q.Qarayev prospektindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar 18.07.2023
  • Xətai rayonunu ərazisində yerləşən elektrik enerjsi paylayıcı qurğudan avtomat açarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini və Qubadlı rayon sakini saxlanılıblar 18.07.2023
  • Şəmkir şəhər sakinindən qanunsuz saxladığı ov tüfəngi və patron aşkar olunaraq götürülüb 18.07.2023
  • Şəki şəhər sakinindən marixuana və heroin aşkar olunaraq götürülüb 18.07.2023
  • Tovuz Rayon Mülkülü kəndi ərazisində yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib 18.07.2023
  • Nizami rayonu ərazisində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir 18.07.2023
  • İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir 18.07.2023
  • Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir 18.07.2023
  • Xocalı rayonunun Baharlı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir 18.07.2023
  • DİN Su Nəqliyyatında Polis İdarəsi DSX Sahil Mühafizəsi ilə birgə qanunsuz balıq ovlayanlara qarşı tədbir keçirib 18.07.2023