Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə yardım məqsədi ilə paylaşılan bank kartlarından kibercinayətkarlıq metodlarından istifadə edərək oğurluqlar edən şəxs saxlanılıb

11.07.2023

Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən və aztəminatlı şəxslərə yardım məqsədi ilə yerləşdirilən elanlarda göstərilən bank kartlarına müdaxilə olunduğu, həmçinin həmin hesablarda olan pulların informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər edilib. Aparılan araşdırmalar və həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində kibercinayətkarlıq metodlarından istifadə edərək qeyd edilən qanunsuz əməlləri törədən Aslan Qurbanov saxlanılaraq istintaqa cəlb edilib.
Müəyyən olunub ki, Aslan Qurbanov onkoloji xəstələr tərəfindən maddi yardımın toplanması üçün müxtəlif sosial şəbəkələrdə paylaşılmış bank kartlarının məlumatlarını götürərək həmin şəxslərlə xarici virtual nömrələr vasitəsilə əlaqə saxlayıb. O, həmin şəxsləri onlara yardım edəcəyi adı ilə  aldadaraq bank kartlarının məxfi məlumatlarını əldə edib. Aslan Qurbanov informasiya texnologiyalarından istifadə etməklə ələ keçirdiyi pul vəsaitlərini izi itirmək məqsədi ilə əvvəlcə xaricdə olan idman-mərc oyunlarındakı hesablarına transfer edib. Sonradan o, pulları istifadəsində olan bank kartına köçürərək nağdlaşdırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-1-ci  oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə maddəsi ilə cinayət işi başlanılıb. Aslan Qurbanovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.

11.07.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub 11.07.2023
  • Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə yardım məqsədi ilə paylaşılan bank kartlarından kibercinayətkarlıq metodlarından istifadə edərək oğurluqlar edən şəxs saxlanılıb 11.07.2023
  • 58 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb 11.07.2023
  • Qobustan rayonunun Şıxzərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi 11.07.2023
  • Evkolipt ağaclarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini R.Məmmədov müəyyən olunaraq saxlanılıb 11.07.2023
  • Yabanı halda bitmiş çəkisi 1 ton 150 kiloqram olan 1923 ədəd çətənə kolu aşkar edilərək məhv edilib 11.07.2023
  • Kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb 11.07.2023
  • Yabanı halda bitmiş 2 ton 640 kiloqram çəkidə 33000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib 11.07.2023
  • İmişli rayonunun Gövhərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi 11.07.2023
  • Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini R.Baxtiyev müəyyən olunaraq saxlanılıb 11.07.2023
  • Oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini N.Məmmədova müəyyən olunaraq saxlanılıb 11.07.2023
  • Mobil telefonun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mikiyev müəyyən olunaraq saxlanılıb 11.07.2023