Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir 

10.07.2023

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Qazax və Ağstafa rayonları ərazisində keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Qazax rayonunda Daş Salahlı kənd icra nümayəndəsi, Daş Salahlı, Çaylı kənd bələdiyyə sədrləri, Ağstafa rayonu ərazisində isə rayon və Zəlimxan kənd bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.  
Bu istiqamətdə tədbirlər davam etdirilir.  

10.07.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub 10.07.2023
  • Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir  10.07.2023
  • Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını şirnikləndirici vədlər müqabilində dələduzluq edərək aldadan nigeriyalılar saxlanıldıla 10.07.2023
  • Sumqayıt şəhər sakinindən narkotik maddələr və elektron tərəzi aşkar olunuraq götürülüb 10.07.2023
  • Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir 10.07.2023
  • Astara rayonunun Deqədi kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir 10.07.2023
  • İsmayıllı rayonunun Ruşan kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir 10.07.2023
  • Daşkəsən rayonu Astaf kəndi ərazisində yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib 10.07.2023