Avtoxuliqanlıq hərəkətləri etməklə yol hərəkəti iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atan sürücülər nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətdə inzibati qaydada həbs olunublar
07.07.2023Baş Dövlət Yol Polis İdarəsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində iyulun 7-də saat 8 radələrində Pensər kəndi ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozan, magistral yolda təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atan “VAZ” markalı 5 avtomobil saxlanılıb.
Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən protokol tərtib olunub. Astara rayon Məhkəməsinin qərarı ilə onların hər biri nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətdə inzibati qaydada həbs olunublar.