Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində idarə etdiyi avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan sürücü S.Allahverənov müəyyən edilərək saxlanılıb
05.07.2023İyulun 3-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Ağdam rayon sakini O.Mirzəyevin avtomobillə vurulması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini S.Allahverənov müəyyən edilərək saxlanılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.