Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir 

03.07.2023

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Qusar rayonu ərazisində keçirdikləri tədbirlər zamanı Köhnə Xudat, Gədəzəyxur, Hil və İmamqulukənd  kəndlərində məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.  
Bu istiqamətdə tədbirlər davam etdirilir.  

 

03.07.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub 03.07.2023
  • Qusar rayonunun Ləcət kəndi ərazisində rayon sakini olan bir nəfərə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən P.Rzaxanov saxlanılıb 03.07.2023
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə Zəngilan rayon sakini İ.Qafarov vurulub 03.07.2023
  • Salyan rayonunun Marışdı kəndi ərazisində “Volvo” markalı yük avtomobili qarşıda gedən “VAZ-21051” markalı avtomobilə çırpılıb 03.07.2023
  • Goranboy rayonunun Şıxlar kənd sakini F.Atakişiyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 03.07.2023
  • Beyləqan rayonunun Dünyamalılar kənd sakini İ.Paşayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 03.07.2023
  • Culfa rayonunun Xanəgah kəndi ərazisində 15 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib 03.07.2023
  • Göygöl şəhəri ərazisində 3,7 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib 03.07.2023
  • Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir  03.07.2023
  • Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakı və Sumqayıt şəhərləri, həmçinin Balakən, Qusar, Sabirabad və Xaçmaz rayonlarında əməliyyatlar keçirib 03.07.2023