Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərindəki parkların birində şəhər sakini A.Muxtarova bıçaqla ölümcül xəsarətlər yetirməkdə şübhəli bilinən Ə.Vəliyev saxlanılıb

02.07.2023

İyulun 1-də saat 22 radələrində Sumqayıt şəhərindəki parkların birində şəhər sakini A.Muxtarova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Ə.Vəliyev saxlanılıb.
Xəstəxanaya yerləşdirilən A.Muxtarov iyulun 2-də orada ölüb. 
Faktla əlaqədar başlanmış cinayət işi Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) tövsif olunub.

02.07.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 27 cinayətin açılması təmin olunub 02.07.2023
  • Sumqayıt şəhərindəki parkların birində şəhər sakini A.Muxtarova bıçaqla ölümcül xəsarətlər yetirməkdə şübhəli bilinən Ə.Vəliyev saxlanılıb 02.07.2023
  • Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən qəsəbə sakini R.Ələkbərov saxlanılıb 02.07.2023
  • Nərimanov rayonunun Z.Bünyadov prospektində “Volkswagen” markalı avtomobillə piyada vurulub 02.07.2023
  • Beyləqan rayonunun Yeni Mil qəsəbəsi ərazisində “Daewoo” markalı avtomobil avtobus dayanacağına çırpılıb 02.07.2023
  • Şəki şəhəri ərazisində Balakən rayon sakini N.Umarov idarə etdiyi avtomobili ağaca vurub 02.07.2023
  • Salyan rayonunun Noxudlu kəndi ərazisində “Ford Transit” markalı yük avtomobilində sərnişin avtomobildən yıxılaraq hadisə yerində ölüb 02.07.2023
  • Bərdə rayonunun Qarağacı kəndi ərazisində “Mercedes” markalı avtomobillə velosiped sürən Samux kənd sakini B.Musayev vurulub 02.07.2023
  • Bakı şəhər sakini olan bir qadını aldadaraq bank hesabından 4975 manatını çıxarmaqda şübhəli bilinən Saatlı rayon sakini K.Hüseynov saxlanılıb 02.07.2023
  • Şamaxı rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus həyətlərdən mal-qara oğurlamağa cəhd etməkdə şübhəli bilinən Y.Zərbalıyev və qardaşı müəyyən edilərək saxlanılıblar 02.07.2023
  • Mingəçevir şəhər sakini P.Eyyubovdan 3 kiloqrama yaxın heroin götürülüb 02.07.2023
  • Şəmkir rayonunun Tatarlı kənd sakini S.Abdullayevə məxsus həyətyanı sahədən 70 ədəd çətənə kolu aşkar edilərək götürülüb 02.07.2023