Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində bir nəfərin 200 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
23.06.2023İyunun 23-də gecə saatlarında Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Digah qəsəbə sakini olan bir nəfərin 200 manat pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakinləri İ.Heydərov, E.İsmayılov və S.Alıyev müəyyən olunaraq saxlanılıblar.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.