Nəsimi rayonu ərazisində “BMW” markalı avtomobillə Sabirabad rayon sakini moped toqquşub
23.06.2023İyunun 23-də saat 3 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Y.Babayevanın idarə etdiyi “BMW” markalı avtomobillə Sabirabad rayon sakini K.Səmədovun idarə etdiyi moped toqquşub. Nəticədə K.Səmədov hadisə yerində ölüb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.