Biləsuvar rayonunun Xırmandalı kəndində münaqişə zəminində qardaşını bıçaqla qəsdən öldürməkdə şübhəli bilinən A.Şirqasımov tutularaq istintaqa təhvil verilib
16.06.2023İyunun 17-də saat 3 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində A.Şirqasımovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Biləsuvar Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla A.Şirqasımovun evdə münaqişə zəminində qardaşına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Şirqasımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.