Bakı şəhər sakini olan bir nəfərin bank kartını oğurlayıb hesabından 2800 manatını çıxarmaqda şübhəli bilinən bir qrup şəxs müəyyən olunaraq saxlanılıblar
08.06.2023İyunun 4-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin bank kartının oğurlanması və hesabından 2800 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Ş.Məmmədov, Ağsu rayon sakini E.Həsənov, Bakı şəhər sakinləri N.Əzizli və Z.Əzizov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.