DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul şəhər sakinləri olan Quliyev qardaşlarına münaqişə zəminində xəsarət yetirməkdə şübhəli bilinən M.Rzayev saxlanılıb

01.06.2023

İyunun 1-də saat 23 radələrində Hacıqabul şəhərində şəhər sakinləri E.Quliyevin və qardaşı A.Quliyevin xəsarət almaları barədə polisə məlumat daxil olub.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini M.Rzayevin münaqişə zəminində E.Quliyevə və qardaşına xəsarət yetirməsi müəyyən edilib.
Əməliyyat tədbirləri ilə M.Rzayev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma)  maddəsi ilə cinayət işi başlanılıb.

01.06.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub 01.06.2023
  • Sabunçu qəsəbə sakini Y.Novruzova münaqişə zəminində bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Qəbələ rayon sakini Ə.Rəsulov saxlanılıb 01.06.2023
  • Hacıqabul şəhər sakinləri olan Quliyev qardaşlarına münaqişə zəminində xəsarət yetirməkdə şübhəli bilinən M.Rzayev saxlanılıb 01.06.2023
  • Zabrat-1 dəmir yolu dayanacağının pilləkənlərinə quraşdırılan məhəccərləri oğurlamaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb 01.06.2023
  • Sumqayıt şəhərindəki 10-cu mikrorayon ərazisində yerləşən mağazaların birindən mobil telefon oğurlamaqda şübhəli bilinən B.Binyətov saxlanılıb 01.06.2023
  • Qəbələ şəhər sakini N.Tağızadədən qanunsuz saxladığı ov tüfəngi götürülüb 01.06.2023
  • Tovuz şəhərinin Şəhriyar küçəsində “Hyundai” markalı avtomobillə yolu keçən L.Sadıqova vurulub 01.06.2023