Tovuz şəhərinin Şəhriyar küçəsində “Hyundai” markalı avtomobillə yolu keçən L.Sadıqova vurulub
01.06.2023İyunun 1-də saat 21 radələrində Tovuz şəhərinin Şəhriyar küçəsində rayon sakini O.Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən L.Sadıqovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.
Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.